21 Noyabr 2019 18:32
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində İspaniyada keçiriləcək "Sevilya" - "Qarabağ" matçının biletləri noyabrın 26-dan satışa çıxarılacaq.

Teleqraf.com klubun Mətbuat xidmətinə əsasən xəbər verir ki, Ağdam təmsilçisinin azarkeşləri qiyməti 35 avro olan biletləri oyunun keçiriləcəyi "Ramon Sançes Pisxuan" stadionunun kassalarından ala bilərlər. Qonaq tərəfdarlar üçün S38 sektoru ayrılıb.

Qeyd edək ki, noyabrın 28-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər