25 Noyabr 2019 23:53
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA-nın Klub Yarışları Komitəsinin 2018/19-cu il mövsümündə UEFA Avropa Liqası klublarından mövsümün əvvəlində tutulan məbləğin ödənilməsi ilə bağlı paylanma qaydası təsdiqlənib.

TeleqQol.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA Avropa Liqasında 2018/19-cu il mövsümündə çıxış edən klublar üçün məbləğin market pool nisbətində paylanacağı razılaşdırılıb.

“Qarabağ”a ayrılan 159 min 698 avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.


Müəllif: Teleqraf.com