"Qarabağ" klubunun qapıçısı Asmir Beqoviç yeni əlçəklərini təqdim edib.
Teleqraf.com xəbər verir ki, 32 yaşlı bosniyalı qolkiper böyük və uşaq geyimlərinin satıldığı AB markasına sahibdir.
Qış üçün dizayn edilən yeni AB1 əlcəkləri rahatlığı ilə seçilir və barmaqların qorunmasına təminat verir. Onlar bütün hava şəraitində qapıçının yaxşı çıxış etməsinə kömək edir.
Əlcəklər şəxsən Asmir Beqoviç tərəfindən hazırlanıb və sınaqdan keçirilib. Böyüklər üçün olan əlcəyin qiyməti 44,99, uşaqlar üçün olanı isə 31,99 funt sterlinqdir.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin V turunda İspaniyada "Sevilya"nın qonağı olacaq. Noyabrın 28-də "Xuan Sançes Pisxuan" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.