UEFA Avropa Liqasında V turunda sensasiyalı nəticə qeydə alınıb.
L qrupunda çıxış edən “Astana” Qazaxıstanda "Mançester Yunayted” üzərində gözlənilməz qələbə qazanıb - 2:1.
Hesabı 10-cu dəqiqədə Cessi Linqard açsa da, 55-ci dəqiqədə Dmitriy Şomko bərabərlik qoluna imza atıb. 62-ci dəqiqədə Bernardın avtoqolu ilə “Astana”nın qələbəsi rəsmiləşib.
Qeyd edək ki, “Mançester Yunayted” 10 xalla qrup lideridir və növbəti mərhələyə vəsiqəni hələ ötən tur təmin edib. “Astana” isə bu qələbə sayəsində 3 xal əldə etsə də, qrupun sonuncusudur.