Azərbaycan futbolunda qeyri-adi penalti təyin olunub və qapıçı öz qapısına qol vurub.
Teleqraf.com-un məlumatına görə, kuryoz hadisə I Divizionda 12-ci turun oyunlarında baş verib.
Turun "Zirə-2"- "Sumqayıt-2" qarşılaşması zamanı hakim ev sahibinin qapısına heç bir əsas olmadan on bir metrlik cərimə zərbəsi təyin edib. "Zirə-2"nin oyunçusunun vurduğu penaltini qapıçı Səbuhi Əliyev geri qaytarıb, amma əliylə sanki bilərəkdən topu qapıya vurub.
Qeyd edək ki, matç qonaqların qələbəsi ilə yekunlaşıb: 1-4.