1 Dekabr 2019 17:44
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın qapıçısı Asmir Beqoviç qış fasiləsində Ağdam klubunu tərk edəcək.

Teleqraf.com-un xəbərinə görə, bosniyalı qapıçı müqavilə ilə məxsus olduğu İngiltərənin “Bornmut” klubuna qayıdacaq.

Qeyd edək ki, Beqoviç bu ilin sentyabrında “Qarabağ” keçib. Onun klubla müqaviləsi bu ayın sonları başa çatır. Ağdam klubu Avropa Liqasında qrup səddini keçəcəyi halda təcrübəli qolkiperin mövssümün sonuna qədər komandada qalacağı gözlənilirdi.

Amma “Qarabağ”ın qrupda qalacağı qətiləşdiyindən Beqoviçin müqaviləni uzatmamaq qərarı verdiyi bildirilir. Bosniyalı qapıçının Azərbaycandan getmək istəməsinə Premyer Liqamızın səviyyəsinin aşağı olması da təsir edib.


Müəllif: Teleqraf.com