1 Dekabr 2019 23:43
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Şahmat Federasiyası (FİDE) dekabr ayı üçün reytinq siyahısını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, noyabr ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2 pillə geriləyib. O, 2772 reytinqlə 7-ci pilləyə düşüb.

Son dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) də 1 pillə geriləyərək 10-cu pillədə qərarlaşıb.

Digər şahmatçılarımızdan Qədir Hüseynov (2666) 77-ci, Nicat Abbasov (2663) 82-ci, Rauf Məmmədov (2659) 89-cudur. Arkadi Naydiç isə yenə "100-lük"dən kənarda qalıb.

Qadınlar arasında Günay Məmmədzadə 27-ci (2455), Ülviyyə Fətəliyeva (2387) 76-cı, Gülnar Məmmədova (2386) 78-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2872) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2822) ikinci, Liren Dinq (Çin, 2801) üçüncüdür.


Müəllif: Teleqraf.com