2 Dekabr 2019 10:30
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Zirə” və “Keşlə” klubu tərəfindən verilən apellyasiya şikayətini qismən təmin edib.

Teleqraf.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, AFFA-nın İntizam Komitəsinin 5 noyabr 2019-cu il tarixli qərarı ilə Premyer Liqanın X turunun “Zirə” – “Sumqayıt” matçında meydan sahibləri oyunun AFFA nümayəndəsini və hakim-inspektorunu tələb olunan yerlə təmin etmədiyinə görə klubun 800 manat cərimə olunması qərarı qüvvədə saxlanıb.

Oyunun ikinci hissəsi “Zirə”yə görə 2 dəqiqə gec başladığına görə klubun 2400 manat cərimə olunması qərarı ləğv edilib.

AFFA-nın İntizam Komitəsinin Premyer Liqanın XII turunun “Zirə” – “Keşlə” matçının 60-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Sezar Meza Kollinin aqressiv davranışa görə cəzalandırıldığı oyun sayı 1-ə endirilməklə qalan 2 oyunda cəzadan şərti olaraq azad edilib.

Paraqvaylı yarımmüdafiəçi transfer pəncərəsi dövrü istisna olmaqla, mövsümün növbəti 3 ayı ərzində qırmızı vərəqə ilə nəticələnəcək eyni əməllərə təkrar yol verəcəyi halda cəzadan şərti olaraq azad etmə ləğv ediləcək, indiki cəzanın çəkilməmiş 2 oyunluq kənarlaşdırılma hissəsi yeni qərar üzrə təyin olunmuş cəzanın üzərinə əlavə olunacaq.


Müəllif: Teleqraf.com