3 Dekabr 2019 08:00
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

"France Football" nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının builki sahibi müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, qalibin adı Parisin "Teatr ve Opera Binası"nda keçirilən mərasimdə açıqlanıb. Bu, Argentina millisinin və "Barselona"nın kapitanı Lionel Messidir.

32 yaşlı hücumçu karyerası ərzində rekord sayda - 6-cı dəfə bu mükafata layiq görülüb. Bununla da o, "Qızıl top" sayında "Yuventus"un hücumçusu Kriştiano Ronaldonu geridə qoyub.

Qeyd edək ki, "Qızı top"a əsas namizəd kimi Messidən başqa, Kriştiano Ronaldo ("Yuventus", Portuqaliya) və Vircil van Deyk ("Liverpul", Niderland) də göstərilirdi.

“Qızıl top”a namizədlərin ilk 10-luğu belədir:

1. Lionel Messi (Argentina, “Barselona”)

2. Vircil van Diyk (Niderland, “Liverpul”)

3. Kristiano Ronaldo (Portuqaliya, “Yuventus”)

4. Sadio Mane (Seneqal, “Liverpul”)

5. Məhəmməd Salah (Misir, “Liverpul”)

6. Kilian Mbappe (Fransa, PSJ)

7. Alisson Bekker (Braziliya, “Liverpul”)

8. Robert Levandovski (Polşa, “Bavariya”)

9. Bernardo Silva (Portuqaliya, “Mançester Siti”)

10. Riyad Mahrez (Əlcəzair, “Mançester Siti”)


Müəllif: Teleqraf.com