3 Dekabr 2019 22:40
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Barselona”nın kapitanı Lionel Messi “Yuventus”un futbolçusu Kriştiano Ronaldo ilə aralarındakı "Qızı top" rəqabətindən danışıb.

Teleqraf.com xəbər verir ki, argentinalı hücumçu Ronaldonun 5-ci dəfə "Qızı top"u qazandığı zaman məyus oduğunu etiraf edib: “5 dəfə “Qızıl top”u qazanan yeganə futbolçu olduğum üçün özümü qiymətləndirirdim. Etiraf etməliyəm ki, Ronaldo mükafat sayında mənə çatanda kədərlənmişdim. Çünki zirvədə tək deyildim”.

Qeyd edək ki, L.Messi ötən gün karyerası ərzində 6-cı dəfə “Qızıl top”u qazanıb. Ronaldo isə 5 dəfə bu mükafata layiq görülüb.


Müəllif: Teleqraf.com