4 Dekabr 2019 00:55
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna millisinin çalışdırıcısı Andrey Şevçenko ölkəsində 2019-cu ilin ən yaxşı məşqçisi seçilib.

Teleqraf.com xəbər verir ki, Ukraynanın əfsanəvi futbolçusu 2016-cı ildən çalışdırdığı yığmanı Avro-2020-nin final mərhələsinə çıxarıb.

Xatıradaq ki, Ukrayna millisi seçmə mərhələni qrup lideri kimi tamamlayıb. Yığma tarixlərində ilk dəfə ili məğlub olmadan başa vurub.

İlin ən yaxşı qapıçısı "Şaxtyor" və millinin qolkiperi Andrey Pyatov seçilib. "Mançester Siti"nin yarımmüdafiəçisi Aleksandr Zinçenko isə Ukraynanın xaricdə çıxış edən ən yaxşı futbolçusu adına layiq görülüb.


Müəllif: Teleqraf.com