5 Dekabr 2019 01:16
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın oyunçusu Jerard Pike Kataloniyada 2019-cu ilin ən yaxşı futbolçusu seçilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı 32 yaşlı müdafiəçiyə mükafat təqdim olunub. Tədbirdə Pike deyib: "Bu mükafatı qazandığım üçün qürur hissi keçirirəm. Komanda yoldaşlarıma təşəkkür edirəm. Ümid edirəm ki, bizi uğurlu il gözləyir".

Qeyd edək ki, Pike 2008-ci ildən "Barselona"da oynayır.


Müəllif: Teleqraf.com