6 Dekabr 2019 21:54
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilin sonuncu - XIV turuna start verilib.

Teleqraf.com xəbər verir ki, ikinci dövrənin axırıncı həftəsinin açılış matçında lider "Qarabağ" ən yaxın izləyicisi "Keşlə"ni qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyunda hesabı meydan sahibləri açıb. Qarşılaşmanın 4-cü dəqiqəsində Dani Kintana fərqlənsə də, 40-cı dəqiqədə Hacıağa Hacılı topu öz qapılarından keçirib. Bundan 5 dəqiqə sonra Mahir Emreli yenidən Ağdam təmsilçisini önə çıxarıb.

Fasilədən qayıdandan 2 dəqiqə sonra Tural Bayramlı hesabda tarazılıq yaradıb və yekun nəticəni müəyyənləşdirib - 2:2.

Bu heç-heçədən sonra "Qarabağ" xalını 31-ə, "Keşlə" isə 23-ə çatdırıb.

Qeyd edək ki, tura dekabrın 8-də keçiriləcək "Sumqayıt" - "Qəbələ", "Zirə" - "Səbail" və "Sabah" - "Neftçi" oyunları ilə yekun vurulacaq.


Müəllif: Teleqraf.com