Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilin son oyunları keçiriləcək.
Teleqraf.com xəbər verir ki, XIV tura təsadüf edəcək 3 qarşılaşmanın ardından çempionatda fasilə yaranacaq. Mövsümün ilk yarısına isə Azərbaycan Kubokunun 1/4 final matçları ilə yekun vurulacaq.
Qeyd edək ki, turun açılış matçında "Qarabağ" "Keşlə" ilə heç-heçə edib - 2:2.
15:00. “Zirə” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zirə İdman Kompleksinin stadionu (Pfl.az/canlı)
15:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Orxan Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena” (“CBC Sport”/canlı)
17:00. “Sabah” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bank Respublika Arena” (“CBC Sport”/canlı)