8 Dekabr 2019 15:21
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo Premyer Liqanın 16-cı turunun “Bernli” ilə matçında Son Xın Minin bir neçə nəfəri keçərək vurduğu qol haqda fikirlərini bölüşüb.

Teleqraf.com xəbər verir ki, portuqaliyalı mütəxəssis matçdan sonra Minin qolu haqda danışıb.

“Bu, inanılmaz qol idi. Bu qola qədər mənim oğlum braziliyalı Ronaldonun şərəfinə Sona Sonaldo deyirdi. Bu qolu görərkən ağla ilk gələn Ronaldonun qolu olur. Mən bu qolu ser Bobbi Robsonun yanında işləyərkən görmüşdüm. Son əla oyunçudur. Sevinirəm ki, o, mənim komandamdadır”, - deyə Joze Mourinyo bildirib.


Müəllif: Teleqraf.com