8 Dekabr 2019 22:30
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Barselona”nın İspaniya La Liqasının 16-cı turu çərçivəsində “Malyorka”ya 5:2 hesabıyla qalib gəldiyi oyun Kataloniya təmsilçisinin ulduz futbolçusu Lionel Messi üçün əlamətdar olub.

Teleqraf.com xəbər verir ki, bu oyunda het-trik edən argentinalı hücumçu La Liqada yeni rekord müəyyənləşdirib.

Çempionatda etdiyi het-triklərin sayını 35-ə çatdıran Messi, “Real”ın sabiq futbolçusu Kristiano Ronaldonun rekordunu qırıb. Hazırda “Yuventus”un şərəfini qoruyan Ronaldo, La Liqada 34 het-trikə imza atmışdı.

Bundan başqa Messi cari mövsümdə vurduğu qolların sayını 12-yə çatdırmaqla La Liqanın ən məhsuldar futbolçusuna çevrilib.


Müəllif: Teleqraf.com