10 Dekabr 2019 22:08
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın PSJ klubu Braziliya yığmasının hücumçusu Neymarın satış qiymətini aşağı salıb.

Teleqraf.com xəbər verir ki, Fransa klubu hücumçunu 300 milyon avroya deyil, 180 milyon avroya buraxmağa razıdır.

Xarırladaq ki, İspaniyanın “Barselona” klubu Neymarı geri qaytarmağa çalışsa da, tərəflər transfer məbləğində razılığa gələ bilməyiblər.

Neymar 2017-ci ildə “Barselona”dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya transfer olunub.


Müəllif: Teleqraf.com