12 Dekabr 2019 23:47
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq.

Teleqraf.com xəbər verir ki, təmsilçimiz “Qarabağ” da qrupda, eləcə də turnirdə son oyununa çıxıb.

Ağdam klubu Bakıda “Düdelanj”ı qəbul edir. Hər iki komanda pley-offa vəsiqə şansını itirdiyindən bugünkü görüş formal xarakter daşıyır.

Lüksemburqdakı görüşdə rəqibini 4:1 hesabı ilə məğlub edən "Qarabağ" bu dəfə də üç xal qazanmaqla turniri qələbə ilə başa vurmağa çalışacaq.


A qrupunun digər oyununda isə pley-offa vəsiqəni təmin edən APOEL və "Sevilya" Kiprdə qarşılaşır.

12 dekabr

UEFA Avropa Liqası

Qrup mərhələsi

6-cı tur

A qrupu

21:55. “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) - 1:1

Qol: Buqren, 63. Qeye, 90+1 (1:1)

Qara Qarayev, 46 - ikinci sarı vərəqə ("Qarabağ")

Baş hakim: Kristo Tohver (Estoniya)
Bakı.Tofiq Bəhramov adına Respublika Stadionu

21:55. APOEL (Kipr) – “Sevilya” (İspaniya) - 0:0 (Birinci hissə)


Müəllif: Teleqraf.com