15 Dekabr 2019 00:12
1 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın “Tobol” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Emil Balayevin formasını geyindiyi Premyer Liqa təmsilçisi erməni Qriqori Babayana tapşırılıb.

Bu barədə Kostanay təmsilçisinin rəsmi saytı məlumat yayıb. Amma onunla imzalanan müqavilənin detalları haqda məlumat verilməyib.

Qeyd edək ki, Babayan bundan əvvəl “Astana”da “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçukun köməkçisi işləyib.


Müəllif: Teleqraf.com