Almaniya Bundesliqasında 15-ci tura start verilib.
Teleqraf.com xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Hoffenhaym” “Auqsburq”u qəbul edib. Altı qolun qeydə alındığı qarşılaşma qonaqların qələbəsiylə başa çatıb.
Şənbə günü altı qarşılaşma baş tutub. “Bavariya” “Verder”lə ev oyununda darmadağına sevinib. Dortmund “Borussiya”sı da “Maynts”la səfər oyunundan 4 cavabsız qolla qalib ayrılıb.
“Köln” “Bayer”i, “Herta” “Frayburq”u məğlub yola salıb. “Herta” – “Paderborn” matçında heç-heçə qeydə alınıb. “Fortuna” da evdə “Leyptsiq”ə böyük hesabla uduzub.
Lider Münhenqladbax “Borussiya”sı bu turda çətin “Volfsburq” səfərinə yollanacaq.
Almaniya Bundesliqası, 15-ci tur
13 dekabr
Hoffenhaym – Auqsburq 2:4
Qol: Skov, 14. Lokadia, 80 – Maks, 11; 51-pen. Yensen, 56. Yaqo, 85.
14 dekabr
Bavariya – Verder 6:1
Qol: Koutinyo, 45; 63; 78. Levandovski, 45+4; 72. Müler, 75 – Raşiça, 24.
Köln – Bayer 2:0
Qol: Kordoba, 73. Bornau, 84.
Herta – Frayburq 1:0
Qol: Darida, 53.
Maynts – Borussiya D 0:4
Qol: Roys, 32. Sanço, 66. Hazard, 69. Şults, 84.
Herta – Paderborn 1:1
Qol: Proqer, 33 – İnqvartsen, 7.
Fortuna – Leyptsiq 0:3
Qol: Şik, 2. Verner, 58-pen. Mukiele, 75.
15 dekabr
18:30 Volfsburq – Borussiya M
21:00 Şalke – Ayntraxt F