15 Dekabr 2019 12:48
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

UFC təşkilatın yüngül çəkidə çempionu Həbib Nurmaqamedovun amerikalı Toni Fergüssonla döyüşünü rəsmən təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, qarşılaşma 2020-ci ilin aprelin 18-də Nyu-Yorkda təşkil olunacaq UFC 249 turniri çərçivəsində keçiriləcək.

Qeyd edək ki, Həbib 28 döyüş keçirib və bir məğlubiyyəti belə yoxdur. Fergüsson isə 25 döyüşdə meydana çıxıb, üçündə uduzub.


Müəllif: Teleqraf.com