21 Sentyabr 2014 23:51
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mançester Siti”in futbolçusu Frank Lempardın bu gün İngiltərə Premyer Liqasının beşinci turunda sabiq komandası “Çelsi”yə qol vurmasına London klubunun baş məşqçisi Joze Mourinyo münasibət bildirib.

Lempard bu mövsümdən “Mançester Siti”nin şərəfini qoruyur. O, “Çelsi” ilə oyunun (1:1) 85-ci dəqiqəsində qol vuraraq onları qələbədən məhrum edib. Lempard fərqləndikdən sonra sevinməyib.

Qol.Az-ın İngiltərə mətbuatına istinadən yaydığı xəbərə görə, matçdan sonra keçirilən mətbuat konfransında Mourinyo deyib ki, artıq Lempardın “Çelsi”yə sevgisindən danışmaq doğru olmaz.

“Lempard “Mançester Siti”nin futbolçudur. Mən futbolda sevginin olması barədə nağıllara inanmıram. O, “Mançester Siti”yə keçmək qərarı verəndə artıq “Çelsi”yə sevgisi qalmamışdı. Bu gün Lempard bir peşəkar kimi işini gördü. “Çelsi”nin ona münasibəti yaxşıdır. Bu klub üçün əziyyəti olmuş insanları unutmuruq. “Çelsi”nin dəyəri və gözəlliyi də elə budur” – deyə Mourinyo bildirib.


Müəllif:

Oxşar xəbərlər