1 May 2014 15:33
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarında taekvondo üzrə çəki dərəcələrinin sayı artırılacaq.

Ümumdünya Taekvondo Federasiyasının (WTF) prezidenti Çunqvon Çu açıqlamasında çəki dərəcələrinin sayının artırılmasına dair qərarı Beynəlxalq Olimpiya Komitəsinin verdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Tokio olimpiadasında həm qadınlar, həm də kişilər 5 çəki dərəcəsində mübarizə aparacaqlar.

Qeyd edək ki, hazırda taekvondo növündə olimpiadalarda qadınlar (49 kq, 57 kq, 67 kq, +67kq) və kişilər (58 kq, 68 kq, 80 kq +80 kq)hərəyə 4 müxtəlif çəki dərəcəsində mübarizə aparırlar.

Aygün İlqarqızı


Müəllif: