"Qalatasaray" Arda Turanı transfer etmək niyyətində deyil.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub prezidenti Mustafa Cengiz 32 yaşlı yarımmüdafiəçi ilə maraqlanmadıqlarını deyib. O, komanda üçün uzun müddət oynayacaq və qazanc əldə edə biləcəkləri futbolçular axtarırdıqlarını söyləyib.
Qeyd edək ki, hazırda "Başakşəhər"in formasını geyinən A.Turan 2004-2011-ci illərdə "aslanlar"ın heyətində oynayıb.