5 Yanvar 2020 18:31
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

La Liqanın 19-cu turunun “Hetafe” – “Real” matçında (0:3) irqçiliyə yol verilib.

Teleqraf.com xəbər verir ki, ikinci hissədə meydan sahiblərinin futbolçusu Mark Kukerelya ilə “Real”ın braziliyalı oyunçusu Eder Militao arasında söz atışması olub. Bu zaman Kukerlye Militaoya deyib: “Səsini kəs, qara meymun”. Futbolçu özü isə oyundan sonra meymun sözünü söyləmədiyini bildirib.

Məlumata görə, hakim bu epizodu görməyib. Bununla belə, hadisə ilə əlaqədar İspaniya Futbol Federasiyasının intizam işi açacağı istisna edilmir.

/Qol.az/


Müəllif: Teleqraf.com