"Leyptsiq"in futbolçusu Marselo Saraççinin "Qalatasaray"a keçidi rəsmiləşib.
Teleqraf.com xəbər verir ki, uruqvaylı sol cinah müdafiəçisi 1.5 il müddətinə icarə əsasında "Cim-Bom"da çıxış edəcək. "Qalatasaray" Almaniya təmsilçisinə 500 min avro icarə haqqı ödəyəcək.
Qeyd edək ki, M.Saraççi yeni klubunda ümumilikdə 2 milyon 500 min avro qazanacaq.