10 Yanvar 2020 16:10
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA İntizam Komitəsi danışılmış oyunlarla əlaqədar növbəti cəzalar tətbiq edib.

Cəzalar "Səbail-2, "Qarabağ" klubunun oyunlarında qeydə alınmış şübhəli məqamlarla əlaqədar verilib.

AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:

Namiq Yusifov – “Qarabağ” FK-nın sabiq oyunçusu

Ceyhun Quliyev – “Səbail-2” komandasının sabiq oyunçusu

Kamran Əkbərov – “Səbail-2” komandasının inzibatçısı, U-19 milli komandasının sabiq inzibatçısı

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər. Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər