Türkiyə Superliqasının 18-ci turu çərçivəsində "Fənərbağça" səfərdə "Qaziantep" klubunun qonağı olub.
Teleqraf.com xəbər verir ki, oyun İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları meydan sahiblərinin qapısına Maks Kruze və Vedat Muruqi vurublar.
Günün digər qarşılaşmalarında "Alanyaspor" doğma divarlar arasında "Kayserispor"u 5:1 hesabı ilə məğlub edib. "Yeni Malatyaspor" isə səfərdə "Başakşəhər"ə uduzub - 4:1.
Turun digər oyunları yanvarın 19-da və 20-də keçiriləcək.
Hazırda turnir cədvəlində "Sivasspor" 37 xalla vahid liderdir. "İstanbul Başakşəhər" 36 xalla ikinci, "Fənərbağça" isə 34 xalla üçüncü yeri tutur.