1 May 2014 17:16
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Madrid “Atletiko”sunun türkiyəli futbolçusu Arda Turan Çempionlar Liqasında “Çelsi” üzərindəki qələbəni şərh edib.

Teleqraf.com xəbər verir ki, yarımmüdafiəçi Türkiyəni təmsil etdiyi üçün qürur duyduğunu bildirib:

“Ölkəmi təmsil edə bilirəmsə, dəməli, çox xoşbəxtəm. Bizim üçün xüsusi bir gün idi. Mənə hər zaman dəstək verdiyi üçün ailəmə təşəkkür edirəm. “Real”la çox çətin bir final oyunumuz olacaq. Bu görüş də ağır idi. Mourinyo böyük məşqçi, “Çelsi” isə çox güclü komandadı. Məni bu formaya gətirdiyi üçün Dieqo Simeoneyə minnətdaram”

Qeyd edək ki, Arda oyunun 72-ci dəqiqəsində komandasının üçüncü qoluna imza atıb.


Müəllif: