Azərbaycan Premyer Liqasında XV turun "Neftçi" - "Sumqayıt" matçı zamanı insident baş verib.
Oyunun sonlarında qonaq komandanın 3 azarkeşi fişəng yandırdıqları üçün tribunadan çölə çıxarılıb. Onlar post-patrul maşınına mindirilərək, Nizami rayonu 24-cü polis bölməsinə aparılıblar.
Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.