Zinəddin Zidan “Atletiko” ilə dünən keçirilən La Liqa matçında (1:0) “Real”ın baş məşqçisi kimi 129-cu qələbəsini qazanıb.
Teleqraf.com klubun saytına istinadən xəbər verir ki, bu göstəriciyə görə, o, Joze Mourinyonu (128) geridə qoyub. İndi fransalı mütəxəssisdən çox “Real”da qələbə qazanan məşqçilər yalnız Visente de Boske (133) və Miqel Munyosdur (357).
Zidan baş məşqçi kimi “Kral klubu”nda 192 oyun keçirib, bunlardan 67,1 faizində qalib gəlib. Onun rəhbərliyi altında komanda hər oyunda orta hesabla 2,4 qol vurur.