"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin "Fənərbağça" klubunda çıxış edən Alper Potukun Ağdam təmsilçisinə keçmək ehtimalı barədə danışıb.
Teleqraf.com-un məlumatına görə, 48 yaşlı mütəxəssis Premyer Liqanın XV turunda "Səbail"i məğlub etdikləri oyundan sonra mətbuat konfransında türkiyəli yarımmüdafiəçinin transferinin gündəmdə olduğunu vurğulayıb: "Bizdən asılı olan hər şeyi etmişik.
O qədər də asan deyil. Son dəqiqələrə qədər danışıqlar olacaq. Dünən bir oyunçudan "yox" cavabı aldıq. Görünən odur ki, alınsa Alper Potukun keçidi reallaşacaq, alınmasa heç kimin".