10 Fevral 2020 00:42
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 10-da İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı start götürəcək.

İlk olaraq mübarizəyə yunan-Roma güləşçiləri başlayacaq. Azərbaycan 10 çəki dərəcəsinin hamısında təmsil olunacaq.

Onların ilk rəqibləri bu gün atılan püşk nəticəsində müəyyənləşib. Ən yüngül çəkidəki dünya və Avropa çempionu Eldəniz Əzizli ilə ən ağır çəkili Sabah Şəriətiyə Ermənistan güləşçiləri rəqib olub.

55 kq

1/4 final. Eldəniz Əzizli - Rudik Mkrtaçyan (Ermənistan)

60 kq

Təsnifat. Murad Bazarov - Yakopo Sandron (İtaliya)

63 kq

1/8 final. Taleh Məmmədov - İbrahim Labazanov (Rusiya)

67 kq

Təsnifat. İslambek Dadov - Kristian İştvan Vança (Macarıstan)

72 kq

1/8 final. Ülvü Qənizadə - Stoyan Stoyçev Kubatov (Bolqarıstan)

77 kq

Təsnifat: Sənan Süleymanov - Aik Mnatsakanyan (Bolqarıstan)

82 kq

1/8 final: Rafiq Hüseynov - Tirone Sterkenburq (Hollandiya)

87 kq

Təsnifat: İslam Abbasov - Kiril Maskeviç (Belarus)

97 kq

Təsnifat: Orxan Nuriyev - Tadeuş Mixalik (Polşa)

130 kq

1/8 final: Sabah Şəriəti - David Ovasapyan (Ermənistan)


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər