Azərbaycan yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında medal qazanıb.
Teleqraf.com xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov qızıl medala yiyələnib.
O, finalda macarıstanlı Zotlan Levaiyə qalib gəlib. Bununla da S.Süleymanov karyerasında ilk dəfə Avropa çempionu olub.
Qeyd edək ki, daha əvvəl Eldəniz Əzizli 55 kq çəkidə bürünc medala sahib olub.