14 Fevral 2020 17:53
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında növbəti görüşünü keçirib.

79 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Ermənistan təmsilçisi Arman Avaqyanla üz-üzə gəlib. Qarşılaşmadan 8:4 hesabı ilə qalib ayrılan Həsənov yarımfinala yüksəlib. Məğlubiyyəti həzm edə bilməyən ermənilər iki dəfə qərara etiraz ediblər. Lakin onların "çelenc"lərindən yalnız biri təmin olunub.

Qeyd edək ki, 3 qat Avropa çempionu Cəbrayıl Həsənov təsnifat mərhələsində Nika Kentçadzeni (Gürcüstan), ardınca isə Omarasxab Nacmudinovu (Rumıniya) məğlub edib. Bu gün həmçinin Ağahüseyn Mustafayev (70 kq) erməni Gevorq Mxeyanı məğlub edib./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər