16 Fevral 2020 10:58
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 15-də hakerlər “Barselona”nın rəsmi Tvitter səhifəsinə hücum ediblər.

Teleqraf.com xəbər verir ki, “OurMine” adlı qrup sosial şəbəkədəki hesabı yararaq ora daxil olub və hətta bir neçə səhifədə paylaşım da edib. Onlardan biri belə olub: “Salam. Biz “OurMine” qrupuyuq. Biz bir neçə şəxsi mesajı oxuduq. Görünür, Neymar qayıdır”.

Bundan başqa, “Barselona”nın rəsmi ərəb səhifəsində klubun prezidenti Jozep Bartomeunu istefaya çağıran həştəq paylaşılıb.

Daha sonra “Barselona” özü rəsmi açıqlama yayaraq səhifəyə hücum olduğunu, kənar mesajlar paylaşıldığını və onların silindiyini yazıb. Baş verən bu hadisəyə görə klub üzr istəyib.

Qeyd edək ki, 2017-ci ildə də adıçəkilən haker qrupu “Barselona”ın rəsmi Tvitter səhifəsinə hücum edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər