17 Fevral 2020 09:57
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu yenilənib.

Teleqraf.com-un məlumatına görə, bu, XVII tura təsadüf edib. Hesabat turunda qapılara 17 top vurulub. Ən çox qol "Zirə" - "Qarabağ" matçına təsadüf edib - 0:6. Ən az qol isə "Sabah"ın səfərdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldiyi oyunda qeydə alınıb.

Daha iki matçda qapılara 4 qol vurulub. "Səbail" evdə "Qəbələ"ni, "Neftçi" isə "Keşlə"ni eyni hesabla yenib - 3:1. Qollardan yeddisini meydan sahibləri, onunu isə qonaqlar vurublar. Beləliklə, orta hesabla hər oyun qapılardan 4,25 top keçib.

Əvvəlki rekord XII tura təsadüf edib - 16 qol. Bu turda "Neftçi" evdə "Qəbələ"ni 4:1, "Zirə" "Keşlə"ni 3:1, "Sumqayıt" isə "Qarabağ"ı 2:1 hesabı ilə üstələyib. "Sabah" isə səfərdə "Səbail"ə 1:3 hesabı ilə qalib gəlib. Orta məhsuldarlıq isə 4-ə bərabər olub.//Report.az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər