26 Fevral 2020 00:58
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu mübarizə Zidanla Qvardiola arasında deyil. Bu, “Real” – “Mançester Siti” rəqabətidir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə keçiriləcək oyun haqda danışarkən deyib.

Fransalı mütəxəssis rəqibin baş məşqçisi Pep Qvardiola haqda müsbət fikirlər səsləndirib. O, Qvardiolanı dünyanın ən yaxşı məşqçisi hesab etdiyini bildirib: "Qvardiola “Barselona”, “Bavariya” və “Mançester Siti”də səviyyəsini göstərdi. Bir çox yaxşı məşqçi var. Amma məncə Qvardiola ən yaxşısıdır. Əvvəllər onunla söhbət etmişəm, mənəm qarşı olduqca dürüstdür. Aramızda yaxşı münasibət var. Gözəl bir oyun olacağı dəqiqdir. Azarkeşlərimizin bizimlə qürur duymasını istəyirik və bunun üşün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, "Real" - "Mançester Siti" matçı fevralın 26-dan 27-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Müəllif: Teleqraf.com