Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.
Teleqraf.com-un məlumatına görə, turun son oyununda "Neftçi" "Səbail"i qəbul edib.
"Bakcell Arena"da təşkil olunan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. 55-ci dəqiqədə "Səbail"in futbolçusu Eriko da Silva avtoqol müəllifi olub. 90+2-ci dəqiqədə isə Rauf Əliyev bərabərlik qolunu vurub.
Bu nəticədən sonra 34-cü xalını qazanan "Neftçi" lider "Qarabağ"la xal fərqini azalda bilməyib. "Səbail" isə 20 xalla 6-7-ci yerləri bölüşdürür. "Qarabağ"ın isə 42 xalı var.
Qeyd edək ki, günün digər matçında "Qəbələ" "Zirə"ni 2:1 hesabı ilə üstələyib. Dünən keçirilmiş "Qarabağ" - "Sabah" görüşündə hesab açılmayıb. "Sumqayıt" - "Keşlə" qarşılaşması da heç-heçə bitib - 2:2.