2 Mart 2020 00:26
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Liqa Kubokunun final matçında “Mançester Siti” “Aston Villa” ilə qarşılaşıb.

Teleqraf.com xəbər verir ki, Londonun “Uembli” stadionunda keçirilən matç "Mançester Siti"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab birinci hissənin ortalarında açılıb. 20-ci dəqiqədə Serxio Aquero fərqlənib. Matçın 30-cu dəqiqəsində Rodriqo Ernandes Mançester klubunun üstünlüyünü artırıb.

“Aston Villa” bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Mbvana Samatta komandasının yeganə qolunu vurub.

“Mançester Siti” ardıcıl 3-cü dəfə Liqa Kubokunu qazanıb. “Şəhərlilər” 7-ci dəfədir turnirin lideri olurlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər