2 Mart 2020 01:16
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Fənərbağça" futbol komandası baş məşqçi Ersun Yanalla yollarını ayırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 57 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub. İstanbul təmsilçisi baş məşqçiyə gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Ersun Yanal 2018-ci ildən "Fənərbağça"da işləyib. O, 2013/2014 mövsümündə də bu komandaya rəhbərlik edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər