7 Mart 2020 09:27
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 7-də Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turu başlayacaq.

Teleqraf.com Peşəkar Futbol Federasiyasının saytına istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura martın 7-də Qəbələ şəhər stadionunda “Qəbələ”–“Sabah” oyunu ilə start veriləcək.

Saat 16:00-da başlayacaq görüşü Rəhim Həsənov idarə edəcək.

Həmin gün “Neftçi”–“Sabah” matçının baş hakimi Rəvan Həmzəzadə olacaq. Saat 18:00-da start götürəcək görüş “Bakcell Arena” stadionunda oynanılacaq.

Martın 8-də “ASCO Arena” stadionunda “Səbail”–“Zirə” oyununda baş hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Matç saat 16:00-da başlayacaq.

Tura həmin gün keçiriləcək “Keşlə”-“Qarabağ” oyunu ilə yekun vurulacaq. Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma saat 18:00-da start götürəcək.

Qeyd edək ki, 19 turdan sonra turnir cədvəlinə 42 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 34 xal olan “Neftçi” ikinci, 30 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (23), “Sabah” (21), “Zirə” (20), “Səbail” (20) və “Qəbələ” (19) yer alıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər