İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina futbolçulardan birində koronovirus yoluxması ehtimalı olarsa, A seriyasındakı bütün oyunların dayandırılacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, futbolçular arasında yoluxma riskinin olduğunu deyib.
Qravina bunun qarşısının alınması üçün isə ciddi tədbirlərin görüldüyünü bildirib. Prezident oyunçuları riskə atmayacaqlarını qeyd edib.
Bugünədək A seriyasının 4 oyunu təxirə salınıb. Digər oyunlar isə azarkeşlər olmadan keçiriləcək. Bu qərar aprelin 3-dək qüvvədə olacaq.