Mariya Şarapova pərəstişkarlarının biri ilə məzələnib.
Teleqraf.com-un anspress-ə istinadən məlumatına görə, Çindəki beynəlxalq turnirdən geri dönən rusiyalı tennisçi təyyarədə fanatlarından olan bir sərnişinin özü barədə material oxuduğunun şahidi olub.
Şarapova həmin epizodu telefonunun fotokamerasına çəkib.
Rusiyalı gözəl evə çatdıqdan sonra öz tvitter hesabında şəkli yerləşdirib. Altında isə bu şərhi yazıb: "Əzizim, mən düz sənin arxandakı oturacaqdayam".