Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, "Bazel"in yarımmüdafiəçisi Samuele Kampo birinci olub. O, səsvermədə Çarles Aranqis (“Bayer”), Markos Antonio (“Şaxtyor”, Donetsk) və Odion İqalonu (“Mançester Yunayted”) qabaqlayıb.
Qeyd edək ki, S.Kampo "Ayntraxt"a 3:0 hesabı ilə qalib gəldikləri matçda 1 qol vurub, 1 qolun ötürməsini verib