Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı rəhbər tutularaq, 14 və 15 mart tarixlərində keçirilməsi planlaşdırılan idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının final mərhələləri ləğv olunub.
Teleqraf.com Azərbaycan Gimnastika Federasiyasına (AFG) istinadən xəbər verir ki, federsiyanın bu qərarı dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.