Türkiyə Super Liqasında 26-cı tura start verilib.
Teleqraf.com xəbər verir ki, turun bütün qarşılaşmaları koronavirus pandemiyasına görə azarkeşsiz keçiriləcək.
26-cı turun ilk oyun günündə iki qarşılaşma keçirilib. Autsayderlər qrupunda yer alan “Ankaragücü” “Rizəspor”u, “Kasımpaşa” isə “Göztəpə”ni qəbul edib. Hər iki oyun meydan sahiblərinin qələbəsiylə başa çatıb.
Şənbə günü üç qarşılaşma baş tutub. “Dənizlispor” “Gənclərbirliyi”ni, “Alanyaspor” isə “Qaziantep”i minimal hesabla məğlub yola salıb. Səfərdə “Konyaspor”la qarşılaşan “Fənərbaxça” da turu minimal hesabla məğlub başa vurub.
Lider “Trabzonspor” bu turda doğma meydanda “Başakşəhər”lə qarşılaşacaq.
Turun mərkəzi görüşü İstanbulda keçiriləcək. “Qalatasaray” “Beşiktaş”ı sınağa çəkəcək.
Türkiyə Super Liqası, 26-cı tur
13 mart
Kasımpaşa – Göztəpə 2:0
Qol: Koita, 2; 90+2.
Ankaragücü – Rizəspor 2:1
Qol: B.Albayrak, 17-öz qapısına. Q.Rodriqes, 22 – Qarmaş, 45+1.
14 mart
Dənizlispor – Gənclərbirliyi 1:0
Qol: Rodalleqa, 54.
Alanyaspor – Qaziantep 1:0
Qol: Koker, 42.
Konyaspor – Fənərbaxça 1:0
Qol: Bayiç, 41.
15 mart
14:30 Kayserispor – Yeni Malatyaspor
17:00 Trabzonspor – Başakşəhər
20:00 Qalatasaray – Beşiktaş
16 mart
21:00 Antalyaspor – Sivasspor