28 Sentyabr 2014 14:57
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Barselona”nın hücumçusu Lionel Messi İspaniya La Liqasının son turunda “Qrana”da ilə oyunda yubiley qoluna imza atıb.

Qol.Az-ın məlumatına görə, matçın 62-ci dəqiqəsində fərqlənən argentinalı futbolçu karyerasında 400-cü qolunu qeyd edib. 82-ci dəqiqədə isə özünün 2-ci komandasının 6-cı qolunu vurub.

Qeyd edək ki, Messi daha bir rekorda yaxındır. La Liqada 247 dəfə rəqib qapılarına yol tapan hücumçu yalnız Telmo Zarrayadan geri qalır. İspaniyalı əfsanəvi futbolçu La Liqada 251 qola imza atıb.


Müəllif: