14 Aprel 2014 23:15
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə gənclər arasında dünya birinciliyinə start verilib.

Teleqraf.com Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, Azərbaycan idmançılarından bu gün yalnız Məsud Yusifzadə (52 kq) rinqə çıxıb. Gənclər arasında Avropa birinciliyinin mükafatçısı yaponiyalı Kantaro Juri üzərində qələbə qazanıb.

Həmyerlimiz 1/16 funal mərhələsində Kanada təmsilçsi Adrian Halfordla üz-üzə gələcək.

Sabah boksçularımızdan Tayfur Əliyev (56 kq) və Orxan Əliyev (60 kq) rinqə çıxacaqlar. Tayfur yaponiyalı Araşi Morisaka ilə, Orxan isə serbiyalı Florian Saboyla üz-üzə gələcək.

Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışa aprelin 24-də yekun vurulacaq.


Müəllif:

Oxşar xəbərlər