27 Mart 2020 01:20
1 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yuventus"un türk futbolçusu Merih Demiral koronavirusa qarşı mübarizə kampaniyasına qoşulub.

Teleqraf.com xəbər verir ki, o, bu barədə şəxsi Tvitter hesabında məlumat yayıb. 22 yaşlı müdafiəçi paylaşımında virusa baxmayaraq, evdən çıxmağa məcbur olan 2 min türk ailəsinə evdə daha çox qala bilmələri üçün ərzaq yardımı edəcəyini yazıb.

M.Demiral həmin ailələrin "Kızılay" cəmiyyəti tərəfindən seçiləcəyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər